AZ

Tramp ABŞ-nin Poçt Xidmətini özəlləşdirəcək

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ölkənin Poçt Xidmətini özəlləşdirmək niyyətindədir.

“Far.Az”un xəbərinə görə, bu barədə “The Washington Post” mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, qurum ciddi maliyyə itkiləri ilə üzləşib. Sentyabrın 30-da başa çatan 2024-cü maliyyə ilində itkilər 9,5 milyard dollar təşkil edib.

Jurnalistlər qeyd ediblər ki, bu, poçt göndərişlərinin həcminin daim azalması və bağlamaların çatdırılması biznesinin ləng inkişafı ilə bağlıdır.

phrase_var_article.chosen
46
4
far.az

5phrase_var_article.sources