Yüksək vəzifəli İsrail rəsmisi HƏMAS hərəkatı ilə girovlarla bağlı danışıqlarda mühüm irəliləyiş olduğunu bildirib.
APA xəbər verir ki, bu barədə İsrailin Ynet xəbər portalı məlumat yayıb.
Rəsmi qeyd edib ki, sövdələşmənin əsas detalları hazırda onu poza biləcək siyasi müdaxilənin qarşısını almaq üçün gizli saxlanılır.
Mənbənin sözlərinə görə, İsrail kəşfiyyat xidməti Mossad və İsrailin Baş Təhlükəsizlik Xidmətinin rəhbərləri HƏMAS-ın əvvəlkinin əksinə razılığa gəlməyə hazır olduğu barədə nazirlər kabinetinə məlumat verib
“Təxmini hesablamalara görə, bir neçə həftə ərzində razılaşma əldə oluna bilər”, - deyə mənbə əlavə edib.