AZ

Han Dok Su ABŞ prezidenti ilə Şimali Koreyanı müzakirə edib

Bakı. Trend:

Cənubi Koreya Prezidentinin səlahiyyətlərini icra edən Han DokSu ABŞ Prezidenti Co Baydenlə telefon danışığı zamanı Şimali Koreyailə bağlı vəziyyəti və ikitərəfli müttəfiqlik əlaqələrini müzakirəedib.

Trend-in CənubiKoreya Baş Nazirinin ofisinə istinadən verdiyi məlumata görə, HanDok Su Koreya yarımadasında artan təhlükələr fonunda ABŞ-lamüttəfiqliyin gücləndirilməsinin vacibliyini vurğulayıb. “Hökumətxarici siyasətini və təhlükəsizlik strategiyasını davam etdirəcək,ABŞ-la möhkəm müttəfiqliyi dəstəkləməyə və inkişaf etdirməyə davamedəcək”, - deyə o bildirib.

Han Dok Su həmçinin Şimali Koreyadan gələn təhlükələrin artdığıvə Rusiya ilə Şimali Koreya arasındakı əməkdaşlığın daha dagücləndiyi bir dövrdə alyansın müdafiə qabiliyyətini qorumağınəhəmiyyətinə diqqət çəkib.

ABŞ Prezidenti Co Bayden zəng üçün Han Dok Suya təşəkkür edərəkCənubi Koreyada demokratiyanın sabitliyini yüksək qiymətləndirib.Bayden ABŞ-ın müttəfiqini qorumağa tam hazır olduğunu təsdiqləyibvə ABŞ, Cənubi Koreya və Yaponiya arasında ikitərəfli və üçtərəfliəməkdaşlığın dərinləşdirilməsi üçün birlikdə çalışmağa sözverib.

Seçilən
13
1
az.trend.az

2Mənbələr