AZ

Tesla şirkəti “Apple Watch” tətbiqini işə saldı

Tesla, əvvəllər yalnız smartfon proqramı və ya üçüncü tərəf proqramları vasitəsilə əldə edilə bilən funksiyaları artıq “Apple Watch” üçün hazırlanan tətbiq vasitəsilə də istifadəçilərə təqdim edib.

KONKRET.az xəbər verir ki, Tesla “Apple Watch” üçün hazırladığı tətbiqini bir sıra ölkələrdə əlçatan edib.

“Apple Watch” üçün hazırlanan tətbiq vasitəsilə istifadəçilər avtomobilin şarj vəziyyətini (faizlə və ya km ilə), kilidli olub-olmadığını, enerji doldurma məntəqəsini və isitmə/kondisioner idarəetmələrini görə biləcəklər.

Bunun üçün Tesla avtomobil sahibləri əvvəlcə Tesla tətbiqini yeniləməlidirlər. Daha sonra, onlar “iPhone”da “Watch” proqramını açmalı və tətbiqlər siyahısından Tesla proqramını quraşdırmalıdırlar.

Quraşdırıldıqdan sonra proqram problemsiz şəkildə inteqrasiya olunur və Tesla sahibinə avtomobilin əsas funksiyalarını birbaşa saatdan idarə etməyə imkan verir.

Seçilən
21
konkret.az

1Mənbələr