İtaliya A Seriyasının XVI turu çərçivəsində "Yuventus" "Venesiya"nı qəbul edib.
Offsideplus.az xəbər verir ki, oyunda Turin təmsilçisi hedabı 19-cu dəqiqədə Federiko Qattinin qolu ilə açsa da üstünlüyünü sona qədər qorumağı bacarmayıb. Qonaqların heyətində 61-ci dəqiqədə Mikael Ellertson, 83-də isə Cey İdzes fərqlənərək komandalarının geri dönüşünü təmin ediblər. "Qoca sinyora"nın gücü yalnız 90+5-ci dəqiqədə Duşan Vlahoviçin penaltini dəqiq yerinə yetirməsi ilə bərabərliyə çatıb.
Matç "2-2" hesabı ilə bitib.