AZ

"Hizbullah" liderindən Əsədin devrilməsinə ilk reaksiya

Livan "Hizbullah"ının lideri Nəim Qasım  televiziya çıxışında bildirib ki, Bəşər Əsəd hökumətinin süqutundan sonra təşkilat artıq hərbi dəstək baxımından Suriya üzərindən fəaliyyət göstərə bilməz.

“"Hizbullah" Suriyadan keçən hərbi təchizat xəttini itirdi və “Müqavimət oxu” vəziyyətə uyğunlaşmalıdır… Suriyada yeni hökumət İsraillə əlaqələr qurmamalıdır. Ümid edirik ki, onlar İsrailə düşmən kimi baxacaq və onunla münasibətləri normallaşdırmağa çalışmayacaqlar. İsraillə atəşkəs razılaşması o demək deyil ki, "Hizbullah" silahlarını yerə qoymağa məcbur”, - deyə Nəim Qasım bildirib. 

Qeyd olunub ki, "Hizbullah" və İran Bəşər Əsədin müttəfiqləri idilər və müxalifəti məhv etmək üçün on ildən çox vətəndaş müharibəsi aparıblar. (BBC)

"Cebheinfo.az"

phrase_var_article.chosen
37
8
cebheinfo.az

10phrase_var_article.sources