2025-ci idə Dövlət Sosial Müdafiə Fondunun əhaliyə ödənişlərinin məbləği 2024-cü ilin göstəricilərinə görə 10,5% çox olacaq.
Teleqraf.com xəbər verir ki, əhaliyə ödənişlər üzrə xərclərin tərkibində əsas xərc komponenti olan əmək pensiyalarının ödənilməsi xərcləri cəmi xərclərin tərkibində 97,3% səviyyəsində paya malikdir.
Əhaliyə ödənişlər üzrə xərclərin ikinci komponenti olan məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin artım tempi isə 2025-ci ildə 2024-cü illə müqayisədə 16,8 mln. manat çox nəzərdə tutulub.
Növbəti ildə Fondun büdcə xərclərinin 2 mənbə üzrə maliyyələşdirilməsi proqnozlaşdırılır.
Müəllif: Teleqraf.com