"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanın oyun qrafikinin ağırlığından şikayətlənərək hətta məşq üçün vaxt çatışmazlığından əziyyət çəkdiyini bildirib.
Fanat.Az xəbər verir ki, "City Xtra" ispaniyalı məşqçinin dediklərini belə çatdırıb:
“Oyunçuların daha yaxşı olması üçün çoxlu məşq etməli və çalışmalıyıq. Amma bunu nə vaxt etməliyik?! Matçdan bir gün sonra oyunçular bərpa olunurlar və yalnız oynamayanlar məşq edir. Yeddi-səkkiz nəfər, aralarına akademiya üzvlərini də qatıram. Növbəti gün isə artıq növbəti oyunun hazırlığına başlayırıq. Səhvləri düzəltməyə vaxtımız yoxdur”.
Xatırladaq ki, oktyabrın sonundan indiyədək 10 görüş keçirən “şəhərlilər” 7 məğlubiyyətlə üzləşib, 2 dəfə heç-heçə edib və cəmi 1 oyunda qalib gəlib. "Siti" bazar günü doğma meydanda əsas rəqibi "Mançester Yunayted"lə qarşılaşacaq.
Mirağa