AZ

Böyük Britaniya Trans-Sakit Okean Tərəfdaşlığına üzv olub

Bakı, 15 dekabr, AZƏRTAC

Böyük Britaniya regionun 11 ölkəsinin daxil olduğu Trans-Sakit Okean Tərəfdaşlığının (TPP) üzvü olub.

AZƏRTAC Yaponiya İctimai Televiziyasına istinadla xəbər verir ki, müvafiq protokol dekabrın 15-dən qüvvəyə minib. Bu, TPP üzv ölkələri ticarət rüsumlarının qarşılıqlı azaldılması və ya ləğvi, malların, kapitalın və texnologiyanın hərəkəti üçün prosedurların asanlaşdırılması əsasında Krallığın iqtisadi birliyə qoşulması ilə bağlı bütün zəruri prosedurları tamamladıqdan sonra baş verib.

Yaponiya hökuməti (TPP-nin ən böyük iqtisadiyyatı) Böyük Britaniyanın bu struktura qoşulmasını fəal dəstəkləyib

Birləşmiş Krallıq TPP-nin formalaşmasından sonra ona qoşulan ilk ölkə və Asiya-Sakit okean regionundan kənarda ilk üzv olub.

TPP-yə Avstraliya, Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, Sinqapur, Çili və Yaponiya daxil idi. 2016-cı ildə imzalanan sazişə əvvəlcə ABŞ daxil olsa da, lakin Prezident Donald Trampın dövründə Vaşinqton TPP-dən çıxdı.

İndi planetin ümumi daxili məhsulunun 15 faizi təxminən 580 milyon insanın yaşadığı bu tərəfdaşlıq ölkələrinin payına düşür. Böyük Britaniya TPP-yə qoşulmaq üçün 2021-ci ildə müraciət edib. Çin, Tayvan və Ukrayna da assosiasiyaya qoşulmaq niyyətlərini bəyan ediblər.

phrase_var_article.chosen
49
3
azertag.az

4phrase_var_article.sources