AZ

Suriya bəzi ölkələrlə müdafiə sazişi bağlamaq istəyir

Suriyanın yeni keçid hökuməti bir sıra dövlətlərlə birgə müdafiə sazişləri bağlamağa çalışır. Bakupost.az xəbər verir ki, bu barədə Dəməşqdə hakimiyyətə gələn silahlı qrupların lideri Əhməd əl-Şaraa Qətərin “Al Araby” telekanalına müsahibəsi zamanı məlumat verib. “Biz bir sıra dövlətlərlə birgə müdafiə haqqında sazişlər bağlamağa və strateji hərbi əlaqələr qurmağa çalışırıq”, - deyə o bildirib. 

Seçilən
9
4
turanpress.com

7Mənbələr