AZ

Üsyançıların lideri Suriya prezidenti ola bilər

Suriyada hakimiyyəti ələ alan silahlı qrupların lideri Əhməd əl-Şaraa (ləqəbi Əbu Məhəmməd əl-Culani) ölkə başçısı olmaq niyyətindədir.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Al Araby” telekanalı məlumat yayıb.

O bildirib ki, Suriya vətəndaşları və ya onun ətrafındakılar xahiş edərsə, Suriya prezidentliyinə namizədliyini irəli sürməyə hazırdır.

“Əgər vətəndaşlar və ya ətrafımdakı insanlar bunu istəsə, Suriya Respublikasının prezidentliyinə namizədliyimi irəli sürəcəyəm”, - deyə “Heyət Təhrir əl-Şam” qruplaşmasının lideri söyləyib.

Qeyd edək ki, noyabrın 27-də hücuma başlayan “Heyət Təhrir əl-Şam” (HTŞ) silahlı qruplaşması 12 gün ərzində paytaxt Dəməşqə çatıb. Bəşər Əsəd prezident postunu tərk edib və Suriyadan qaçıb.

Seçilən
8
1
xezerxeber.az

2Mənbələr