Məşhur Hollivud ulduzu Conni Depp Moskvada zərgərlik mağazası açacaq.
Kult.az xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Moskvanın Biryulevo rayonundakı mağazaya aktyorun 28 yaşlı rusiyalı sevgilisi Yuliya Vlasova rəhbərlik edəcək. Bu biznes üçün aktyor ona ilkin olaraq 500 min dollar verib.
Mağazanın 2025-ci ildə açılacağı bildirilir.