AZ

"Hizbullah" lideri: "Suriyadan keçən hərbi təchizat xəttini itirdik"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Livan "Hizbullah"ının lideri Nəim Qasım bildirib ki, Bəşər Əsəd hökumətinin süqutundan sonra təşkilat artıq hərbi dəstək baxımından Suriya üzərindən fəaliyyət göstərə bilməz.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
"Hizbullah Suriyadan keçən hərbi təchizat xəttini itirdi və artıq "Müqavimət oxu" vəziyyətə uyğunlaşmalıdır. Suriyada yeni hökumət İsraillə əlaqələr qurmamalıdır. Ümid edirik ki, onlar İsrailə düşmən kimi baxacaq və onunla münasibətləri normallaşdırmağa çalışmayacaqlar. İsraillə atəşkəs razılaşması o demək deyil ki, "Hizbullah" silahlarını yerə qoymağa məcburdur", - deyə Nəim Qasım bildirib.
phrase_var_article.chosen
42
7
oxu.az

10phrase_var_article.sources