AZ

"Marca" "Real"ı "topa tutdu" - "Sanki Azərbaycan filminə baxırsan"

"Real Madrid"in La Liqanın 18-ci turunda "Rayo Valyekano" ilə görüşdəki uğursuz çıxışı İspaniya mətbuatı tərəfindən sərt tənqid olunub. 

Fanat.Az xəbər verir ki, "Kral klubu" "kiçik Madrid derbisi"ndə qapısında 3 qol görərək bir xalla kifayətlənib (3:3). 

İspaniyanın hazırkı çempionu 17 xal artıq topladığı rəqibi qarşısında çətinlik çəkməklə yanaşı, “Barselona”nı birinci pillədən kənarlaşdıra bilməyib.

Ölkənin ən çox oxunan idman nəşri olan “Marca” “Real”ı tənqid edərkən Azərbaycanın da adını çəkib: "Real"ın oyununa baxmaq mümkün deyil, cansıxıcıdır. Sanki Azərbaycan filminə baxırsan". 

Qeyd edək ki, 17 turdan sonra hesabında 37 xal olan "Real Madrid" lider "Barselona"dan 1 xal geri qalır.

Mirağa

Seçilən
15
1
fanat.az

2Mənbələr