Qəzza zolağında 2023-cü ilin oktyabrında başlayan döyüşlər zamanı azı 194 jurnalist həlak olub.
Fələstin hökumətinin mətbuat xidmətinin bildirdiyinə görə, onların ölümünə görə məsuliyyət İsrail, ABŞ, həmçinin Fransa, Böyük Britaniya və Almaniyanın üzərinə düşür.
Bu barədə Livanın “Al Mayadeen” telekanalı anklav hökumətinə istinadən məlumat yayıb.
“Biz hesab edirik ki,bu məsələdə İsrail işğalını dəstəkləyən ABŞ administrasiyası, Böyük Britaniya, Almaniya və Fransa məsuliyyət daşıyırlar. Adı çəkilən ölkələr Qəzza soyqırımnın təşkilatçılarıdırlar, onlar jurnalistlərin qətllərində birbaşa və dolayı yollarla iştirak ediblər. Onlar bu iyrənc və amansız cinayətlərə görə tam məsuliyyət daşıyırlar”, - anklav hökumətinin mətbuat xidməti bəyanatında bildirib.
Oxuməni.az