AZ

Çağatayla 7 il eşq yaşamışdı: bu dəfə professorla sevgilidir

Türkiyənin ən yaraşıqlı aktyorlarından hesab edilən Çağatay Ulusoyla 7 il eşq yaşayan aktrisa Duyğu Sarışın yeni sevgilisi ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, aktrisanın professor Mete Atatüre ilə münasibət yaşadığı üzə çıxıb.

Belə ki, "Koç" universitetindən mükafat alan Mete Atatüre tədbirə Duyğu ilə qatılıb. Hamı gecədə Duyğu Sarışının iştirakının səbəbini aydınlaşdırmağa çalışarkən ikilinin sevgili olduğu üzə çıxıb. Tədbirdə professorun anası və atası da iştirak edib. Beləliklə, aktrisanın yeni sevgilisinin ailəsi ilə də münasibətinin yaxşı olduğu anlaşılıb.

phrase_var_article.chosen
39
4
publika.az

5phrase_var_article.sources