AZ

ABC Trampa 15 milyon dollar ödəyəcək - Böhtana görə

"ABC News" telekanalı yeni seçilmiş prezident Donald Trampın prezidentlik kitabxanasına 15 milyon dollar ödəməyə razılaşıb.

Qaynarinfo "Reuters"ə istinadən zəbər verir ki, "ABC News"un açıqlamasında tərəflərin məhkəmədə göstərilən şərtlərlə iddiadan imtina etmək barədə razılığa gəlməsindən məmnunuq duyulduğu bildirilir.

Donald Tramp mart ayında yazıçı Elizabet Jean Karrolla təcavüz etməkdə təqsirli bilindiyini bildirən telekanala və onun aparıcısı Corc Stefanopulosa qarşı məhkəmə iddiası qaldırıb. Trampın müdafiəsi iddia edib ki, aparıcı münsiflər heyətinin müttəhimin təcavüz etmədiyini müəyyən etdiyini bilirmiş. Münsiflər heyəti əvvəllər zorlamanın sübuta yetirilmədiyini, lakin respublikaçının təqib və böhtanda günahkar olduğunu müəyyən edib.

Aydın
phrase_var_article.chosen
8
qaynarinfo.az

1phrase_var_article.sources