Türkiyənin müdafiə naziri Yaşar Gülər Suriyanın yeni hökuməti belə bir tələb irəli sürərsə, ona hərbi dəstək verməyə hazır olduqlarını bildirib.
“Cebheinfo.az” xəbər verir ki, Türkiyənin müdafiə nazirinin sözlərinə görə, bir həftə əvvəl Prezident Bəşər Əsədi devirən yeni Suriya hökumətinə “şans verilməlidir”.
Gülər əlavə edib ki, Türkiyə yeni administrasiya istəsə, lazımi dəstəyi verməyə hazırdır.