AZ

Əsgərlik müddəti 1 il 6 aydan aşağı endirilir?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin ötən gün keçirilən iclasında hərbi xidmət müddətinin 1 il 6 aydan 1 ilə endirilməsi məsələsi müzakirə edilib.

Bu barədə iclasda çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev məlumat verib.

O, əsas məqsədin hərbi çağırış prosesində sui-istifadə hallarının qarşısını almaq olduğunu bildirib:

“Çağırışın ancaq elektron qaydada aparılması və bütün qərarların bildirilməsi nəzərdə tutulur. Bu, şəffaflığın təmin olunmasında mühüm rol oynayacaq,” – deyə Azər Babayev qeyd edib.

Təhsil səviyyəsi ilə bağlı fərqliliklər
Azər Babayev çıxışında ali və orta təhsilli şəxslərin hərbi xidmət müddətində fərq qoyulmasının düzgün olmadığını vurğulayıb:

“Konstitusiyada hər kəsin hərbi xidmətdən keçməli olduğu qeyd olunub və burada ali təhsil, orta təhsil kimi fərqləndirmələr nəzərdə tutulmayıb. Ona görə də onların bərabərləşdirilməsi vacibdir. Ancaq bu dəyişikliyə hələ tam hazır deyilik,” – deyə o əlavə edib.

Qeyd olunub ki, hərbi xidmət müddətinin azaldılmasına dair təkliflər layihə qəbul edildikdən sonra daha geniş şəkildə müzakirə ediləcək.

Seçilən
34
infoaz.ws

1Mənbələr