AZ

Qəzzadakı insan itkiləri barədə məlumatlar həddindən artıq şişirdilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fələstinin Səhiyyə Nazirliyi tərəfindən yayılan Qəzzadakı insan itkiləri barədə məlumatlar həddən artıq şişirdilmiş və yanlışdır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, belə nəticəyə "Fifty Research Group" müstəqil tədqiqat qrupu və Kembric Universitetinin Henri Cekson Cəmiyyəti gəlib.
Bu təşkilatların ötən gün dərc edilən araşdırmaları İsrail-Fələstin münaqişəsinə dair rəqəmlərin sistematik manipulyasiyasını üzə çıxarıb.
Hesabatda Fələstinin səhiyyə nazirliyi təbii ölümlər, müharibə ölümləri və hətta müharibədən əvvəlki ölümləri də əhatə edən rəqəmləri təqdim etməkdə günahlandırılır. Sənəddə deyilir ki, HƏMAS-ın təsiri altında olan Fələstin Səhiyyə Nazirliyi mülki və hərbçi ölümləri arasında fərq qoymadan, həlak olan qadın və uşaqlarım sayını şişirtməklə, hətta münaqişə başlamazdan əvvəl öldürülənləri də bura daxil etməklə, ölənlərin sayını sistematik şəkildə artırır.
Qeyd olunur ki, "Battlefield Mislabeling" adlı araşdırmada BBC, CNN və "The New York Times" da daxil olmaqla, əsas qlobal media orqanlarının 1378 məqaləsi təhlil edilib. Yalnız 5% İsrail və ya ABŞ kəşfiyyat mənbələrinə istinad olunub.
Qeyd edək ki, Fələstin Səhiyyə Nazirliyinin son məlumatlarına görə, İsrailin hərbi əməliyyatlarının başlamasından bu günə qədər Qəzza əhalisi arasında itkilərin ümumi sayı 44 min 930 nəfərə çatıb.
Seçilən
11
2
oxu.az

3Mənbələr