AZ

İranın 7 vilayətində məktəb, universitet və dövlət idarələrinin fəaliyyəti dayandırılıb

Bakı. Trend:

Sabah (16 dekabr) İranın 7 vilayətində hava şəraitinin soyuqolması və enerji istehlakının idarə olunması ilə əlaqədar ortaməktəblər, universitetlər və dövlət idarələrinin fəaliyyətinindayandırılmasına qərar verilib.

Bu barədə Trendİran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, İranın Qərbi Azərbaycan, Kürdüstan, Gülüstan,Kirmanşah, Şimali Xorasan, Simnan və Mazandaran vilayətində ortaməktəblər, universitetlər və dövlət idarələri fəaliyyətgöstərməyəcək.

Qeyd edək ki, son günlər İranda qaz istehlakı ciddi şəkildəartıb. Bu isə mənzil qaz təchizatında bir sıra problemlər yaradıb.İranın Milli Qaz Şirkətinin sözçüsü Həsən Musəvi qeyd edib ki, ötəngün İranın qaz şəbəkəsinə 850 milyon kubmetr qaz vurulub. Onun 601milyon kubmetri mənzillər, ticarət-iaşə obyektlərində istehlakolunub.

Seçilən
36
2
az.trend.az

3Mənbələr