İtaliya A Seriyasının 16-cı turunda “Venesiya” ilə ev oyunu “Yuventus” üçün xoşagəlməz antirekordla əlamətdar olub.
Arena.az məlumat verir ki, “byankoneri” 90+5-ci dəqiqədə penaltidən vurduğu qolla “çulunu sudan çıxarıb” və 2:2 hesablı heç-heçə ilə kifayətlənib.
Beləliklə, “qoca sinyora” XXI əsrdə klub antirekordunu müəyyənləşdirib. Belə ki, “Yuventus”un hesabında 16 turdan sonra cəmi 6 qələbə var ki, bu da “Opta Sports” statistik internet-portalının təqdim etdiyi məlumata görə, XXI əsrdə “byankoneri”nin mütləq antirekordudur. “Yuventus” yalnız 1998/1999-cu illər mövsümündə İtaliya çempionatında keçirdiyi ilk 16 oyundan sonra 6 qələbə qazanmışdı.
16 turdan sonra 28 xalla “Yuventus” İtaliya A Seriyasının yarış cədvəlində 6-cı pillədə qərarlaşıb. “Venesiya” isə 10 xalla sonuncu, 20-ci pillədədir.
İtaliya A Seriyasına 37 xalla “Atalanta” başçılıq edir.