AZ

Bakıda II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin təqdisetmə mərasimi keçirilib- FOTO

Image

Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallager Azərbaycanda səfərdədir.

Səfər çərçivəsində dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Heydər Əliyev Fondunun dəstəyi və Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə Müqəddəs II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin arxiyepiskop Paul Riçard Qallager tərəfindən təqdisetmə mərasimi keçirilib.

Mərasimdə Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi, Milli Məclisin deputatı Soltan Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Müqəddəs Taxt-Tacın Azərbaycan Respublikasındakı Apostol nunsisi Marek Solçinski, Azərbaycanın Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov və digər rəsmi şəxslər iştirak ediblər.

Arxiyepiskop Paul Riçard Qallager kilsənin layihəsi ilə tanış olub.

Xatırladaq ki, kilsənin tikintisi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, giriş 722 ünvanında yerləşən 0,17 hektar torpaq sahəsinin Azərbaycan Respublikasındakı Katolik Kilsəsinin istifadəsinə verilməsi haqqında 2024-cü il 1 may tarixli Sərəncam qəbul edilib.






phrase_var_article.chosen
41
6
baki-xeber.com

7phrase_var_article.sources