AZ

“Sent Etyen” Olivye Dall’Olyonu qovdu

Futbol üzrə Fransa çempionatında (Liqa 1) mübarizə aparan “Sent Etyen” baş məşqçisi Olivye Dall’Olyo ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yeni baş məşqçi təyin olunana qədər komandaya müvəqqəti olaraq klubun təlim mərkəzinin direktoru Loren Huar rəhbərlik edəcəyi diqqətə çatdırılıb.

Olivye Dall’Olyo 2023-cü ilin dekabr ayından bu komandaya rəhbərlik edirdi. O, sözügedən kollektivin sükanı arxasında 39 matç keçirib. Komanda bu görüşlərdə 18 qələbə qazanıb, 7 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb.

“Sent Etyen” məhz Olivye Dall’Olyonun rərbərliyi altında bu mövsüm yenidən Liqa 1-ə qayıtsa da, komanda elitada uğursuz çıxışı ilə diqqət mərkəzindədir. Bu komanda keçirdiyi 15 oyunda cəmi 4 qələbə qazanıb, 1 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb. Sözügedən klub hazırda turnir cədvəlində 15 turdan sonra 13 xalla 16-cı pillədə qərarlaşıb.

Dall’Olyo “Sent Etyen”dən öncə “Ales”, “Dijon”, “Brest” və “Monpelye” kimi komandalara da rəhbərlik edib.

phrase_var_article.chosen
22
arena.az

1phrase_var_article.sources