AZ

Bu il yaşayış evlərinin tikintisinə 2,1 milyard manat sərf olunub

Bu ilin yanvar-noyabr aylarında əsas kapitala 15 milyard 910,3 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz az investisiya yönəldilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 9 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 1,1 faiz azalıb.

İstifadə olunan investisiyanın 8 milyard 138,8 milyon manatı və ya 51,2 faizi məhsul istehsalı sahələrinə, 5 milyard 617,8 milyon manatı (35,3 faizi) xidmət sahələrinə, 2 milyard 153,7 milyon manatı (13,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilən investisiyaların 13 milyard 66,5 milyon manatını və ya 82,1 faizini daxili investisiyalar təşkil edib.

phrase_var_article.chosen
21
15
hit.az

10phrase_var_article.sources