AZ

Erməniəsilli Ukrayna vətəndaşı Dneprdə terror aktı törədib

Ukrayna Təhlükəsizlik Xidməti Milli Polislə birlikdə Dneprdə terror aktı törədən şəxsi saxlayıb. Onun erməniəsilli Dnepropetrovsk vilayətinin sakini olduğu üzə çıxıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “RBC-Ukrayna” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, şübhəli şəxs Ruben Voskanyandır. Dneprdə Ərazi İşə Qəbul və Sosial Dəstək Mərkəzinin binası yaxınlığında əldəqayırma partlayıcıları işə salanın məhz o olduğu güman edilir.

Partlayış nəticəsində bir nəfər ölüb, iki polis də daxil olmaqla, yaralananlar var.

phrase_var_article.chosen
30
12
yeniazerbaycan.com

10phrase_var_article.sources