AZ

ADU-nun əməkdaşı Pamukkale Universitetində olub

 

 

 

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Şəfaqət Kazımova Türkiyənin Pamukkale Universiteti ilə əməkdaşlıq çərçivəsində 3-6 dekabr tarixlərində Beynəlxalq əlaqələr şöbəsinin dəvəti ilə səfərdə olub.

Səfər çərçivəsində Şəfaqət Kazımova Pamukkale Universiteti (PAU) və YUNESKO-nun Türkiyə Milli Komissiyasının tərəfdaşlığı ilə keçirilən “Uluslararası Yazılışının 950. Yılında Divanu Lugati’t-Türk ve Türk Dünyası Sempozyumu”nda  iştirak edib.

Simpoziumda PAU-nun prof. Dr. Hüseyin Yılmaz, Dənizli valisi Ömər Faruk Coşkun, Rektor prof. Dr. Ahmet Kutluhan, YUNESKO üzrə Türkiyə Milli Komissiyasının sədri prof. Dr. M. Öcal Oğuz, Türk Dil Qurumunun sədri prof. Dr. Osman Mert, Pamukkale Universiteti Altay Topluluqları Dil və Mədəniyyətləri Tətbiq və Araşdırma Mərkəzi müdiri prof. Dr. Nergis Biray, Pamukkale Universiteti Dil Tədrisi Tətbiq və Araşdırma Mərkəzi müdiri dos. Dr. Feyza Tokat, akademiklər və tələbələr iştirak ediblər.

Səfər zamanı Ş. Kazımova Pamukkale Unveristetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Onur Kulaç ilə görüşüb, hər iki universitetin beynəlxalq əlaqələri, əcnəbi tələbələri, mübadilə proqramları və digər mövzular haqqında qarşılıqlı fikir mübadiləsi aparıb.

Həmçinin, Erasmus ofis koordinatoru Çağlar Çakır və ofisin əməkdaşları ilə tanışlıq, o cümlədən, universitetlərarası Erasmus+ anlaşmanın imzalanması və tələbə-müəllim mübadləsinin tez bir zamanda həyata keçirilməsi  ilə bağlı söhbət aparılıb və unversitetin kampusu ilə tanışlıq olub.

 

phrase_var_article.chosen
47
tehsil.biz

1phrase_var_article.sources