Estoniya baş nazir İrakli Kobaxidze də daxil olmaqla Gürcüstan rəsmisinə sanksiya tətbiq edib. Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna sosial şəbəkədə paylaşım edib.
“Gürcüstan hakimiyyətinin aksiya iştirakçılarına, jurnalistlərə və müxalifət liderlərinə qarşı törətdiyi zorakılıq cinayətdir və insan haqlarına ziddir. Mən bütün Aİ ölkələrini reaksiya verməyə və müvafiq tədbirlər görməyə çağırıram”. – Tsaxna yazırb
Litva da Gürcüstan rəsmilərinə sanksiya tətbiq edib. Litvanın xarici işlər naziri Kiastusis Budris Estoniya ilə koordinasiyalı şəkildə baş nazir İrakli Kobaxidze də daxil olmaqla, sanksiya tətbiq edilən gürcü siyasətçilərinin siyahısına daha 17 nəfəri daxil etdiklərini deyib.
Bundan əvvəl Litva və Estoniyanın xarici işlər nazirləri ölkələrinə girişi qadağan olunmuş Gürcüstan vətəndaşlarının siyahısını dərc etmişdilər.
TAHİR