AZ

"Başqalarının sürəti hesabına etdiyini mən..." - Xames Rodriges

İspaniyanın "Rayo Valyekano" klubunun 33 yaşlı hücumameyilli yarımmüdafiəçisi Xames Rodriges 40 yaşında peşəkar futbol oynamayacağını deyib.

Fanat.Az xəbər verir ki, "Marca" kolumbiyalı futbolçunun sözlərini belə çatdırıb:

"Karyeramı hansı yaşda bitirəcəyimi bilmirəm, amma 39 yaşım olanda artıq istirahət edəcəm. Mənim xüsusi sürətim olmasa da, 40 metrlik məsafədən dəqiq ötürmə verərək vəziyyəti nizamlamağı bacarıram. Başqalarının sürət hesabına etdiyini mən dəqiq ötürmə ilə edirəm".

Qeyd edək ki, cari mövsüm "Rayo Valyekano" forması ilə bütün turnirlərdə 7 matça çıxan Rodriges 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Seçilən
5
fanat.az

1Mənbələr