"Beşiktaş"da ciddi itki baş verib.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar"dan Milot Raşisa məşq zamanı zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçunun sağ arxa ayaq əzələsində gərginlik və qanaxma müəyyən edilib, müalicəsinə başlanılıb.
Zədə səbəbindən kosovolu oyunçu Türkiyə Super Liqasının XVI turu çərçivəsində baş tutacaq "Adana Demirspor"la matçın heyətindən çıxarılıb.