Misli Premyer Liqasının 17-ci turunda "Zirə" "Turan Tovuz"la heç-heçə etdi - 0:0.
Offsideplus.az xəbər verir ki, oyundan sonra qonaqların çalışdırıcısı Kurban Berdiyev mətbuat konfransında iştirak etdi.
Mütəxəssis görüş haqda bunları söylədi:
"Fikirləşirəm ki, gərgin oyun oldu. Küləyi də nəzərə alsaq, maraqlı oyun keçdi. Bu oyun qola qədər davam edəcəkdi. Yəni, kim qol vursa, qalib gələcəkdi. Ədalətli nəticə olduğunu söyləyə bilərəm. Hamı yaxşı oynadı. Əvəzetmələrə ehtiyac görmədim".