Azərbaycanın şahmat ustası Şəhriyar Məmmədyarov Türkiyənin Sabiha Gökçen hava limanında problemlə üzləşib.
Hadisə barədə "Satranc okulu"nun "YouTube" kanalında FİDE ustası Selim Gürcan danışıb.
O bildirib ki, hava limanının gömrük xidməti əməkdaşları Şəhriyarı qaçaqmalçılıqda şübhəli biliblər.
Londondan İstanbula gələn həmyerlimiz kim olduğunu bildirəndən sonra gömrük əməkdaşları internetdə axtarış edib və üzr istəyərək Məmmədyarovun Türkiyəyə keçidinə icazə veriblər.//Oxu.az