AZ

Qışda “marojna”

Qış aylarında dondurma yeməyin xəstəliklərə səbəb olması ilə bağlı müxtəlif fikirlər səslənir. Lakin mütəxəssislərin fikrincə, orqanizmin təkcə yayda deyil, bütün fəsillərdə dondurmaya ehtiyacı var.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən qışda dondurma yeməyin insan orqanizminə bəzi faydalarını təqdim edir:

Xoşbəxtlik verir: Dondurmanın tərkibindəki şəkər və süd məhsulları xoşbəxtlik hormonu kimi tanınan serotoninin ifrazını artırır.

İmmunitet sistemini gücləndirir: Dondurmada olan kalsium və protein immunitet sisteminizi gücləndirməyə kömək edir. Bu sizin qışda xəstəliklərə qarşı daha davamlı olmağınıza yardım edə bilər.

Boğaz ağrısını aradan qaldırır: Dondurmanın soyuqluğu boğaz ağrısını aradan qaldırmağa kömək edir. Dondurma yemək, xüsusən də soyuqdəymə və ya qrip zamanı boğazınızı sakitləşdirəcək.

Sümüklərimizi möhkəmləndirir: Dondurma kalsiumla zəngin bir qidadır. Kalsium sümükləri gücləndirməyə və qorumağa kömək edir.

Enerji verir: Dondurma həm də karbohidrat və zülalla zəngindir. Bu qidalar bədənə enerji verir və yorğunluğun qarşısını alır.

Yuxu keyfiyyətini yaxşılaşdırır: Dondurmanın tərkibindəki triptofan amin turşusu yuxuya getməyi asanlaşdırır və yuxu keyfiyyətini yaxşılaşdırır.

Həzmi asanlaşdırır: Probiyotiklərlə zəngin olan dondurma həzm sisteminin yaxşı işləməsinə kömək edir.

phrase_var_article.chosen
22
2
qafqazinfo.az

3phrase_var_article.sources