AZ

Kurban Berdiyev indi də “problem yoxdur" söyləyir

Sportinfo.az xəbər verir ki, “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Premyer Liqanın 17-ci turunun “Zirə” ilə oyunundan (0:0) sonra sualları cavablandırıb.

- Gərgin oyun oldu. Küləyi nəzərə alsaq, müəyyən çətinlik çəkirdik. Məncə, oyun qola qədər davam edəcəkdi. Qol olmadığına görə hesabı qanunauyğun saya bilərik.

- İlin sonuna yaxın komandanı oyunlara kökləmək çətin deyil?

- Xeyr. Bu mənada heç bir problem yoxdur. Uşaqlar oyunlara həm fiziki, həm də psixoloji cəhətdən yaxşı hazırlaşırlar.

- Qışda heyətə cəlb etmək üçün bəyəndiyiniz futbolçular var?

- Bütün komandalar kimi təbii ki, planlarımız var. Amma hələ konkret bir şey yoxdur.

- Oyun ərzində dəyişiklik etməməyinizin səbəbi nə idi?

- Hamı yaxşı oynadı. Buna görə də ehtiyac yox idi.

Seçilən
33
4
sportinfo.az

6Mənbələr