Slovakiyanın yeni seçilmiş prezidenti Peter Pelleqrini Ukrayna-Rusiya münaqişəsi ilə bağlı qalmaqallı açıqlama verib. O, Ukraynanın sülhə nail olmaq üçün ərazi güzəştlərinə getməsinin qaçılmaz olduğunu qeyd edərək, faktiki olaraq təslimiyyətə çağırış edib.
Musavat.com xəbər verir ki, Pelleqrini çıxışında qeyd edib:
“Əgər sülhdən danışırıqsa, realist olmaq lazımdır. Məncə, bu gün Avropada normal düşünən heç kim Ukraynanın hər hansı bir qismən ərazi itkiləri olmadan sülhə nail ola biləcəyini düşünmür.”
Onun bu bəyanatı xüsusilə Ukraynanın ərazi bütövlüyü uğrunda mübarizəsini dəstəkləyən ölkələrdə ciddi narazılıq yaradıb.
Prezident Pelleqrininin bu sözləri, münaqişənin həllində Ukraynanı ərazilərinin bir hissəsindən imtina etməyə sövq etmək kimi şərh edilir.
Analitiklər bu açıqlamanın Ukrayna tərəfinin suverenliyinə təhdid olaraq qiymətləndirildiyini bildirir və Avropada vahid mövqenin zəifləməsi təhlükəsinə diqqət çəkirlər.
Musavat.com