"Zirə" Misli premyer-liqasının 17-ci turunda evdə “Turan Tovuz”la heç-heçə edib - 0:0.
“Football-plus.az” xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Gərgin və hər iki komanda üçün ağır oyun keçdi. Həftəboyu bu tip oyuna hazırlaşırdıq. Bilirdik ki, rəqib təzyiq edən, ikinci toplarda aktiv olan, meydanboyu mübarizə aparan komandadı. Bu xüsusiyətlərə görə çox yaxşı idik, yaxşı mübarizə aparırdıq, intizamlıydıq. Rəqibə qol epizodu vermədik. Bilirdik ki, rəqibin heyətində təhlükəli oyunçular var və bir çox oyunlarda qol epizodları yaradıblar. Hücum xəttində daha effektiv oynayıb, nəticəni öz xeyrimizə çevirə bilərdik. Buna "Turan Tovuz"un kompakt oyunu, müdafiə xəttinin inamlı çıxışı imkan vermədi. Bir neçə təhlükəli qol epizodumuz oldu. Ona da qapıçı imkan vermədi. Bizi növbəti həftə finalabərabər oyun gözləyir. Avrokuboklara namizəd rəqiblər bir-biri ilə oynayır. Biz də "ölüm-dirim" mübarizəsi aparan "Səbail"lə qarşılaşacağıq. Özü də səfərdə. "Səbail"lə oyun bizim üçün çempionatın bəlkə də ən vacib oyunu olacaq.
- "Səbail"lə oyunun çətin keçməsi nə ilə əlaqədardı?
- Futbolçular özləri də vəziyyəti başa düşür. Üç xalın bizim üçün nə qədər önəmli olduğunu anlayırlar. Ümid edirəm ki, maksimum konsentrasiya ilə oyuna hazırlaşacaqlar. Futboldu. Ola bilər ki, nəticə ürəkaçan olmasın. Ən azından oyuna yanaşmamız, meydandakı mübarizəmiz yüksək səviyyədə olmalıdı.
- Bəyəndiyiniz və komandada görmək istədiyiniz oyunçu var ki, qışda ona dəvət göndərməyi düşünürsüz?
- Daxili çempionatda hər komandada yaxşı futbolçu var ki, heyətində görmək istəyərsən. Bəzi mövqeləri gücləndirmək və rəqabəti artırmaq istəyərik. Bütün məşqçilər bunu istəyər. Xaricdə baxdığımız hansısa futbolçu yoxdu. Qış dönəmində hələ elə oyunçu gətirmək planımız yoxdu.
RÖYANƏ OĞUZ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta