AZ

“Nəticəni xeyrimizə çevirə bilərdik” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 17-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib. 

Fanat.Az xəbər verir ki, o, doğma meydanda qolsuz (0:0) bitən matçla bağlı bunları deyib:

“Bilirdik ki, rəqib pressinq edib, ikinci toplarda aktiv olan, meydanboyu mübarizə aparan komandadır. Bu komponentlərdə çox yaxşı idik, çox yaxşı mübarizə aparırdıq, intizamlıydıq. Rəqibə qol epizodu vermədik. Hücum xəttində daha effektiv oynayıb, nəticəni öz xeyrimizə çevirə bilərdik. Ona da “Turan Tovuz”un kompakt oyunu, müdafiə xəttinin inamlı oyunu imkan vermədi. Bir neçə təhlükəli qol epizodumuz oldu, rəqib qolkiper fərqlənməyə imkan vermədi. Bizi növbəti həftə finala bərabər oyun gözləyir. Avrokuboklara namizəd rəqiblər bir-biri ilə oynayır. Biz də “ölüm-dirim” mübarizəsi aparan “Səbail”lə səfərdə qarşılaşacağıq. “Səbail”lə oyun bizim üçün çempionatın bəlkə də ən vacib oyunu olacaq.

Futbolçular özləri də vəziyyəti başa düşür. Üç xalın bizim üçün nə qədər önəmli olduğunu anlayırlar. Ümid edirəm ki, maksimum konsentrasiya ilə oyuna hazırlaşacaqlar". 

Seçilən
11
fanat.az

1Mənbələr