Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" Almaniya 2-ci Bundesliqasında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, sözügedən komanda 16-cı tur çərçivəsində qonağı olduğu "Köln"ə uduzub.
Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Mahir "Köln"lə matçın start heyətində yer alsa da, fasilədə - hesab 0:3 olarkən əvəzlənib.
Beləliklə, "Nürnberq"in qələbəsiz oyunlar seriyası 6-ya yüksəlib. Miroslav Klozenin komandası bu görüşlərin 3-də uduzub, 3-də isə heç-heçə ilə kifayətlənib.
Qeyd edək ki, "Nürnberq" 19 xalla 13-cü pillədə yer alıb.