Rayonlarda və kəndlərdə internet dirəklərinin basdırılması və kabellərin çəkilməsi işini yerinə yetirən 60-a yaxın işçi aylardır ki, maaşlarını ala bilmirlər.
Onların bəziləri 3 ay, bəziləri 4, bəziləri isə 6 aydır ki, maaşlarını ala bilməyiblər.
"Operativ Media" Xezerxeber.az'a istinadən xəbər verir ki, söhbət "Upsilon” MMC bölgələrdə internet dirəklərinin basdırılması və kabellərin çəkilməsi işini görən işçilərindən gedir.
Onlar iddia edirlər ki, şirkət 60-a yaxın işçinin əməkhaqlarını vermir və onları yalan vədlərlə gözlədir.
İşçilər deyirlər ki, onlara həvalə olunan işi vaxtında təhvil veriblər.
Maaş gecikmələrinin səbəbini öyrənmək üçün "Upsilon” MMC ilə əlaqə saxladıq.
Şirkətdən bildirilib ki, ilin sonunadək təhvil-təslim prosesi yekunlaşdırılacaq və işçilərin maaşları tam ödəniləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: