AZ

“Psixoloji vəziyyətimiz o qədər pisdir ki…” – Samir Abasov

Azərbaycan Premyer Liqasının XVII turunun “Neftçi” – “Kəpəz” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Futbolçularıma təşəkkür edirəm. Nəticədən razı qaldım. Bugünkü gündə bizə lazım olan budur. Oyun haqda danışmaq istəmirəm. Futbolçulara təşəkkür edirəm ki, üzərlərindəki təzyiqi ata bildilər. Lazım olan anda mübarizəyə girdilər, sağ olsunlar. İşimizə davam edəcəyik. Hər konfransda təkrarlar olur, amma bu gün də həddindən artıq bu nəticəyə ehtiyacımız var idi.

– Bu qədər stress yaşayırsız ki, “Neftçi”ni bu durumdan çıxasınız. Ramil Şeydayevi oyuna buraxmaqla əziyyətinizi yerə vurduğunuzu düşünmürsünüz?
– Bu gün Boqomolski startda başladı. Rəqibi nəzərə almışdıq. Yeqorun sürəti var və seçimin düzgün olduğunu düşünürəm. O, rəqib müdafiəçiləri təzyiqdə saxlaya bilirdi. Zədələnməsi yaxşı olmadı. Nəzərə alaq ki, hər bir oyunçu bizimdir. Ehtiyac olanda meydana buraxmalıyıq. Düşünmürəm ki, Ramili oyuna buraxmaqla özümə quyu qazmıram. Açığı, fərqi yoxdur, “Neftçi”də oynayan hər oyunçu təzyiqi, stressi aşmalıdır. Əfsuslar olsun ki, psixoloji vəziyyətimiz o qədər pisdir ki, futbolçular üzərlərində təzyiq hiss edir. Bunları aşmaq üçün qələbəyə ehtiyacımız var.

– Heyətdə ciddi itkilər var idi. Məcburiyyətdən meydana buraxılış heyətdə sanki əlaqələr göründü. Dəyişikliklərdən sonrakı oyunu necə şərh edərdiniz?
– Həddindən artıq zədələrimiz var. Birinci gündən bura gələndən belə problemlərlə yaşayırıq. Təsəvvür edin, ilk məşqdən sonra üç nəfər birdəfəlik sıradan çıxır. Oyuna da az qalmış belə şeylər problemlər var. İlk oyundan sonra yenə zədələr olur. Bu proseslər tez-tez yaşanır. Bunlar balanslı şəkildə hazırlığımıza mane törədir. Bu gün 6 futbolçumuz zədəli idi, özü də yerlilər üstünlük təşkil edir. Necə deyim… Paltardəyişmə otağında bir şeyə fokuslanıb çıxırıq, amma oyunun gedişində nələrsə çönür. Rəqib üstünlüyü ələ alanda artıq problemlər yaşamağa başlayırıq. Məsələn, 2:0 öndə olduğumuz oyunda yenə epizodlar yaradıb, fərqlənə bilmirik. Sonra oyundan qopuruq və rəqib geridə olandan sonra hesabı bərabərləşdirir. Futbolçular sanki birinci dəfə meydana çıxmış kimi qərarlar verir. Bunlar narahat edir. Nəyəsə söz vermək istəmirəm, amma düşünürəm ki, bir az rahatlaşmağa vaxtımız olacaq və nələrisə dəyişə biləcəyik.

Şahin Cəfərov

phrase_var_article.chosen
27
futbolpress.az

1phrase_var_article.sources