AZ

Suriyalılara inanılmaz təklif: evinizə qayıdın, 27 min avro ödəyək!

Suriyalılara

Danimarka Suriyaya könüllü qayıtmaq qərarı verən hər suriyalı qaçqına 27 min avro vəd edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin inteqrasiya naziri Kaare Dubvad Bek “Bild”ə müsahibəsində deyib.

O bildirib ki, hər uşaq üçün əlavə 6700 avro da ödəniləcək.

“Danimarkada 45 000 suriyalı yaşayır: 28 000 yetkin, 17 000 uşaq. Hər kəs proqrama müraciət etsə, dövlət təxminən 865 milyon avro ayırmalı olacaq. Hökumət bu addımı haqlı hesab edir, çünki qaçqınların çoxu işsizdir və sosial müavinətlə yaşayır, bu isə uzunmüddətli perspektivdə büdcəyə daha çox xərc yükləyir”, - o bildirib.

Analoji təşəbbüs Almaniyada da müzakirə olunur, ancaq ödəniş 1000 avro nəzərdə tutulur.

phrase_var_article.chosen
27
2
xalqcebhesi.az

3phrase_var_article.sources