AZ

Rusiyalı politoloq Ermənistana buraxılmadı

Erməniəsilli rusiyalı politoloq Andranik Mihranyan Zvartnots hava limanından Ermənistana buraxılmayıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqının teleqram kanalında məlumat yayılıb. 

Mihranyan valideynlərinin məzarını ziyarət etmək üçün Ermənistana uçubmuş. 

Hava limanında Mihranyana Ermənistana girişinin qadağan olunduğu bildirilib.

Mihranyan mütəmadi olaraq Rusiya KİV-ində Rusiya Federasiyasının xarici siyasət məsələləri ilə bağlı çıxış edən politoloqdur.

Qeyd edək ki, bundan əvvəl Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin də Ermənistanda arzuolunmaz şəxslər siyahısına daxil edilib. Müxtəlif vaxtlarda bir sıra "Daşnaksütyun" xadimləri, o cümlədən partiyanın Fransadakı şöbəsinin liderlərindən Murad Papazyan arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Seçilən
13
1
unikal.az

2Mənbələr