"Real Madrid"in sabiq hücumçusu Fernando Moryentes "Kral klubu"nun İspaniya çempionatında "Rayo Valyekano" ilə heç-heçə etdiyi oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, Moryentes "Cope" nəşrinə bu barədə belə danışıb:
"Heç-heçə matçın gedişatına əsaslanan ədalətli nəticədir. “Real” üç qol vursa da, qalib gələ bilmədi ki, bu da müdafiədə böyük problemlərdən xəbər verir. Karlo Ançelottinin komandasının hələ də arxada ciddi problemləri var. Bəziləri ümumiyyətlə o mövqeyin oyunçusu deyil. "Real Madrid" təcili olaraq bu qış müdafiə resurslarını gücləndirməlidir".
Xatırladaq ki, "Real Madrid" - "Rayo Valyekano" matçı 3:3 hesabı ilə sülhlə başa çatıb. Hazırda "kral klubu" La Liqa turnir cədvəlində ikinci yerdədir.
Mirağa