AZ

"Biz İsrail ilə münaqişə axtarmırıq" -  Colani

"Region üçün əsas təhlükə olan İranın qüvvələrinin iştirakına son qoyulub, PKK terrorçu təşkilatdır, lakin bizim İran və kürd xalqlarına qarşı düşmənçilik hissimiz yoxdur..."
 
İsrail Suriyanın daxili işlərinə müdaxilə etməsinə daha haqq qazandıra bilməz.
 
Moderator.az xəbər verir ki, bu barədə Suriya üsyançılarının lideri Əbu Məhəmməd əl-Culani bəyan edib. Məlumatı "rbc.ua" nəşri yayıb.
 
İsrail ordusunun Suriya ərazisi və bufer zonasına davam edən hücumları fonunda əl-Culani vurğulayıb ki, suriyalı üsyançılar İsrail ilə münaqişəyə girmək niyyətində deyil.
 
O, qeyd edib ki, Suriya üçün, qonşu ölkələr və Fars körfəzi üçün böyük təhlükə törədən İran qüvvələrinin regionda yoxa çıxmasından sonra İsrail Suriynın daxili işlərinə müdaxilə etmək üçün bütün əsaslarını itirib. "Biz İranın iştirakına son qoya bilmişik, amma İran xalqına qarşı düşmənçilik hissləri keçirmirik", - o, bəyan edib.
 
Rusiyanın ölkədə iştirakı ilə bağlı əl-Culani məlumat verib ki, qruplaşma rusiyalı hərbçilərə zərbələr endirə bilərdi, amma biz Rusiyaya Suriya ilə münasibətlərinə yenidən baxmağa imkan vermişik.
 
O, vurğulayıb ki, "illərlə müharibədən tükənən" Suriyadakı vəziyyət "hər-hansı yeni münaqişələrə cəlb edilməyə imkan vermir", bu zaman vurğulayıb ki, hazırkı məqamda üstün vəzifə bundan sonra da dağıntılara gətirib çıxara biləcək münaqişələrə cəlb olunmaq deyil, ölkənin bərpa edilməsidir.
 
Bu arada isə Suriyanın müvəqqəti hökuməti BMT Təhlükəsizlik Şurasına və baş katib Antoniu Quterrişə müraciət edərək, İsrailin hərbi hücumlarının dayandırılması və qoşunlarının bufer zonasından çıxarılmasını tələb edib, bunun 1974-cü ildə ayrıcı xətlər barədə imzalanan sazişin və Suriyanın suverenliyinin kobud şəkildə pozulması adlandırıb.
 
Gələcək planlarından danışarkən əl-Culani bəyan edib ki, Suriya Müdafiə Nazirliyi bütün silahlı qruplaşmaları ləğv edəcək, yeganə qanuni hərbi qüvvə isə dövlətin nəzarətində olan silahlı qüvvələr olacaq.
 
O, həmçinin entik və konfessiyalar arasında münasibətlərə də toxunub, mübarizədə qardaş olan xristianlar və druzlarla əlaqələrin vacibliyini vurğulayıb. Bu zaman o, kürd əhalisi ilə PKK arasında fərqi qabardaraq sonuncunu terrorçu təşkilat adlandırıb.
 
Üsyançıların lideri həmçinin bəyan edib ki, yeni hakimiyyət Qərb səfirlikləri ilə təmasdadır, o cümlədən Böyük Britaniya ilə Dəməşqdə səfirliyin bərpa edilməsi ilə bağlı danışıqlar aparır.
 
Bu arada isə İsrail Əsəd rejimi ilə əlaqəli olan obyektlərə hücumlarını davam etdirir. Bəşər Əsəd rejimi devriləndən bu günə qədər İsrail ordusu Suriya ərazisinə 500-dək zərbələr endirib.
Seçilən
2287
moderator.az

1Mənbələr