AZ

Rusiyalı politoloq Ermənistana girişinə qadağa qoyulub

Rusiyalı politoloq və tarixçi Andranik Miqranyanın Ermənistana girişinə qadağa qoyulub

Xəzərnews.az xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqı “Telegram” kanalında məlumat yayıb.

Qeyd olunur ki, Miqranyan valideynlərinin məzarlarını ziyarət etmək üçün Ermənistana səfər edib.

Lakin Yerevan Zvartnots Beynəlxalq Hava Limanında politoloqa xəbər verilib ki, onun ölkəyə daxil olmasına icazə yoxdur.

Qadağanın səbəbləri barədə ətraflı məlumat verilməyib.

Xəbər 4 dəfə oxunub.
Seçilən
9
9
xezernews.az

10Mənbələr