AZ

''Beşiktaş''ın prezidenti Sərgən Yalçın haqda nə dedi?

Hasan Aratın istefasından sonra müvəqqəti olaraq ''Beşiktaş''ın prezidenti vəzifəsinə keçən və qarşıdan gələn növbədənkənar seçkilər üçün namizədliyini açıqlayan Hüseyin Yücəl ''TV 100'' kanalına açıqlamasında Sərgən Yalçın barədə də danışıb.

Yücəl dekabrın 29-dakı seçkilərdə Sərdar Adalı ilə yarışacaq. Həm mövsümün əvvəlində, həm də Covanni van Bronkhorstun istefasından sonra Sərgənin adı ''ağ-qaralar''la yanaşı hallansa da, bu təyinat müxtəlif səbəblər üzündən heç cür baş tutmadı.

Yücəli dinləyək:

''Seçkilərdə qalib gəlsəm, danışıqlar aparacağım ilk məşqçi Sərgən Yalçın olacaq. Əslində hələ yayda onun baş məşqçi olmasını istəmişdim. Amma bəzi yönəticilər müxtəlif səbəblər üzündən onun təyinatını dəstəkləmədilər. Bəlkə də onların özlərinə görə haqlı səbəbləri var idi. Amma mən bu təyinat üçün çox israr etdim. Onunla indiyə qədər iki dəfə görüşümüz olub. Bütün bu baş verənlərdən öncə və sonra. İlk görüşümüzdə çox pozitiv və həvəsli görünürdü. Amma sonra prezidentin istefası və rəhbərlikdə aləmin bir-birinə dəyməsi onun gözünü qorxutdu. İkinci görüşdə mənə ''əvvəlcə rəhbərlik səviyyəsində öz aranızda problemləri həll edin, sonra mən bu yükün altına girməyə hazır olacam'' dedi. Çox haqlı idi. Çünki ortada qaynayan bir qazan var idi. Sərdar Topraktəpə ilə yola davam etmək ehtimalım da var. Çünki buna layiqdi. Bu müddətdə çox fədakarlıqlar etdi. Ola bilər ki, mövsümün sonuna qədər baş məşqçi funksiyasını icra etsin. Amma təbii ki, uzunmüddətli bir məşqçi axtarışlarımız da olacaq. Çünki yayda yenə seçkilər var. Növbədənkənar seçkilərdə qalib gələn tərəf 90 faiz yaydakı seçkilərdə də qalib gələcək. Ona görə də mən 3,5 illik planlar qururam. Dediyim kimi birinci namizədim Sərgən Yalçındı. Mən ümumiyyətlə yerli məşqçinin işləməsinin tərəfdarıyam''.

ƏLİ
Seçilən
15
football-plus.az

1Mənbələr