AZ

Belarus da diplomatlarını Suriyadan çıxarır

Belarus Suriyadakı diplomatlarını ölkədən çıxarıb.

Modern.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

Diplomatlar Rusiyanın dəstəyi ilə Suriyanı tərk ediblər. Məsləhətləşmələri davam etdirmək üçün Livanın paytaxtı Beyrutda səfirliyin müvəqqəti konsulluq məntəqəsi yerləşdiriləcək.

“Mövcud vəziyyəti nəzərə alaraq, Belarusun Suriyadakı səfirliyinin diplomatları Minskə geri çəkilib.. Belarus Xarici İşlər Nazirliyi diplomatlarımızın vətənlərinə təhlükəsiz gəlişini təmin edən bütün rusiyalı həmkarlarına təşəkkür edir”, - açıqlamada bildirilir.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Dəməşqdəki diplomatik missiyasının əməkdaşlarını qismən təxliyə edib. 

phrase_var_article.chosen
53
modern.az

1phrase_var_article.sources