ÜZÜCÜ XƏBƏR: Mustafa Qasımov faciəvi şəkildə vəfat etdi
Azərforum “Qafqazinfo”ya istinadla xəbər verir ki, dekabrın 9-da Füzuli rayonunun Arayatlı kəndi ərazisində qəzaya düşən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1990-ci il təvəllüdlü Mustafa Qasımov vəfat edib.
bu haqda sosial şəbəkədə onun yaxınları məlumat yayıb.
M.Qasımovun bu gün dünyasını dəyişdiyi bildirilir.
Vətən müharibəsi qazisi olan M.Qasımov Füzuli rayonu Qazaxlar kəndində torpağa tapşırılıb.