AZ

Qəzaya düşən ANAMA əməkdaşı vəfat etdi -

Dekabrın 9-da Füzuli rayonunun Arayatlı kəndi ərazisində yol qəzasına düşən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1990-ci il təvəllüdlü Mustafa Qasımov vəfat edib. Metbuat.az xəbər verir ki, bu barədə Qarabağ Qaziləri İctimai Birliyi məlumat yayıb. Həmçinin Vətən müharibəsi qazisi olan M. Qasımov Füzuli rayonu Qazaxlar kəndində torpağa tapşırılıb.Qazi Mustafa Qasımov 1990 - cı il sentyabrın 28 - də Fizuli rayonunda anadan olub. Vətən müharibəsi dövründə, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Mustafa Füzuli rayonunda gedən döyüşlərdə qolundan yaralanıb. Bu gün Fizuli rayonu Qazaxlar kəndində torpağa tapşırılıbAiləli idi. Üç övladı var.

Qeyd edək ki, hadisə nəticəsində eyni zamanda Agentliyin əməkdaşları 1995-ci il təvəllüdlü Qəhrəmanov Salman, 2000-ci il təvəllüdlü Bəylərzadə Ramizdə müxtəlif bədən xəsarətləri alıb.

Seçilən
4
17
metbuat.az

10Mənbələr