AZ

Professor Andranik Miqranyan Ermənistana buraxılmadı

Rusiyalı politoloq, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Andranik Miqranyan Ermənistana buraxılmayıb.

Turkustan.az TASS-a istinadən xəbər verir ki, rusiyalı politoloqun Ermənistana girişi qadağan edilən şəxslərin siyahısına daxil edilib.

Qeyd olunur ki, Miqranyan valideynlərinin məzarlarını ziyarət etmək üçün Ermənistana səfər edib.

Lakin Yerevan Zvartnots Beynəlxalq Hava Limanında politoloq xəbər verilib ki, onun ölkəyə daxil olmasına icazə verilmir.

Qeyd edək ki, rusiyalı jurnalist Marqarita Simonyan, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin və Aram Qabrelyanovun da Ermənistana girişi qadağan edilib. /globalinfo.az/

Seçilən
14
turkustan.az

1Mənbələr